8-ci Hippo Beynəlxalq İngilis Dili Olimpiadası 2020-ci ildə ilk dəfə olaraq Azərbaycana gətirilib. Hippo 2020 Peşəkar Təlim və İnkişaf Mərkəzinin (PTEC) təşkilatçılığı ilə Azərbaycana gətirilib. PTEC Hippo Beynəlxalq İngilis Dili Olimpiadasının Azərbaycanda rəsmi nümayəndəsidir.
AzNews.az xəbər verir ki, Hippo 2020 məkan olaraq Kaspi liseylərində keçirilir. Olimpiadanın əsas məqsədi, dünyanın hər yerindən İngilis dilinə maraq göstərən şagird və tələbələr dostluq münasibətləri, beynəlxalq anlaşma, həmçinin rəqabət ruhunu yaratmaq, inkişaf etdirməkdir. Hippo ilk dəfə 2013-cü ildə keçirilib və 6 ölkədən 5 minə yaxın iştirakçıdan 43 nəfər finala çıxıb. Hər il təşkil edilən Olimpiadaya 2019-cu ildə 40 ölkə üzrə 35.500 namizəd qoşulub və finalı 150 nəfər qalib ilə yekunlaşdırıb.

Olimpiada 3 mərhələdən ibarətdir və 6-19 yaş aralığında olan şagirdlər üçün nəzərdə tutulub. Olimpiada kateqoriyaları şagirdlərin yaş qrupuna və dil səviyyəsinə uyğun olaraq tənzimlənir. Bu gün I mərhələsi keçirilən Olimpiadanın II mərhələsi 14 mart tarixində Kaspi liseylərində təşkil ediləcək. Bu mərhələlərdə namizədlər Oxu, Yazı və İngilis dilini istifadəsi üzrə qiymətləndiriləcəklər.

Final mərhələsi 15-17 may tarixlərində İtaliyada keçiriləcək. Bu mərhələdə namizədlər bütün dil bacarıqları üzrə qiymətləndiriləcəklər. Qeyd edək ki, bütün iştirakçılara sertifikat veriləcək. Qaliblərə isə xüsusi hədiyyələr təqdim olunacaq. Xatırladaq ki, Olimpiadada Bakı ilə yanaşı, Quba, Gəncə, Şəki və digər rayonlardan olan şagirdlər iştirak edir.
Ləman Hüseynzadə