Güneydə şəhid məzarlarında Azərbaycan bayrağı - FOTO
24 May 2013 19:59 (UTC+04:00)
Güney Azərbaycanın Sulduz şəhərində 2006-ci ildə azərbaycanlıların təhqir edilməsinə etiraz olaraq başlanan aksiyalarda həlak olan hərəkat fəallarının dəfn olunduğu məzarlıqda Azərbaycan bayrağı dalğalanır.
Sosial şəbəkələrdə yayılan şəkillərdən görünür ki, 3 şəhidin məzarı üstündə Azərbaycan bayrağının 3 rəngində - göy, qırmızı və yaşıl rənglərində bayraq asılıb.
Rejimin şəhid etdiyi soydaşlarımızın məzarı üstündə dalğalanan bayraq milli mücadiləyə işarədir.
Elnarə
AzNews.az