Zaur Darabzadə bu məntəqələrdə "karusel" həyata keçirib

9 Fevral 2020 15:26 (UTC+04:00)

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 5, 7, 12 və 23-cü məntəqələrində namizədlərdən biri olan Zaur Darabzadənin lehinə çox ciddi "karusel" həyata keçirilir.

Bu barədə AzNews.az-a 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən MM üzvlüyünə namizəd Taleh Şahsuvarov məlumat verib.

T. Şahsuvarov bu barədə artıq DSK və MSK-ya, şəxsən Rövzət Qasımova müraciət etdiyini bildirib. Namizəd qeyd edib ki, Zaur Darabzadənin bu hərəkəti islahatlara kölgə salmaqdır.