"Seçki prosesi normal şəkildə davam edir” - Niyaməddin Orduxanlı

9 Fevral 2020 18:39 (UTC+04:00)

“Saat 18:00 olan məlumata görə deputatlığa namizəd olduğum 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən hər hansı bir qanun pozuntusu, maneçilik, müdaxilənin olması ilə bağlı hər hansı bir fakt qeydə alınmayıb.”

AzNews.az bildirir ki, bu fikirləri Moderator.az-a BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, Qaradağ rayonunda keçirilən səsvermədə normal şərait davam edir:

”Özüm sübh tezdəndə partıyanın seçki qərargahındayam. Bu dəqiqələrə qədər bir fakt belə daxil olmayıb ki, hansısa qanun pozuntusu olsun. Normal şəkildə seçki proses davam edir. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verib gedirlər. Seçki prosesi davam edir.”