"Bavariya" bu futbolçu üçün 90 milyon avro təklif edə bilər

11 Fevral 2020 10:45 (UTC+04:00)

Almaniyanın "Bavariya" futbol klubu braziliyalı forvard Roberto Firminonu transfer etmə üçün "Liverpul"a 90 milyon avro təklif edə bilər.

AzNews.az xəbər verir ki, bununla bağlı məlumat yayan "TASS" bildirir ki, 28 yaşlı futbolçu Almaniya klubunun yay transfer pəncərəsi üçün prioritet hədəfidir.

Qeyd edək ki, R.Firmino 2015-ci ildən "Liverpul"da çıxış edir, komandanın heyətində 228 oyuna çıxıb, 76 qol vurub və 59 qolla nəticələnən pas verib. Klubun heyətində braziliyalı futbolçu ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin heyətində isə R.Firmino 44 oyun keçirib və 13 qol vurub, həmçinin milli komandada ötən il Amerika Kubokunun qalibi olub.