Rusiya müsəlmanları ayağa qalxdı

25 May 2013 07:41 (UTC+04:00)



Rostov-Donda çap edilən "Moydodır" uşaq kitabı Rusiya müsəlmanlarını ayağa qaldırıb. Kitabda sevimli qəhrəmanlardan biri olan timsahın əlində "Quran"dan kəlamlarla təsvir olunması qəzəb yaradıb. "İslamRu" saytının yazdığına görə, timsahın əlində "Quran"dan bir səhifənin olması təhqiredicidir.

Bundan başqa müsəlmanlar kitabın natəmiz yerlərə aparılmasından narahatlıq keçirdiklərini bəyan ediblər. Kitabı çap edən nəşriyyat müsəlmanların etirazına cavab olaraq timsahın əlində müqəddəs kitabdan səhifənin olduğunu bilmədiklərini söyləyiblər.

Nəşriyyat bəyan edib ki, illüstrasiyalar rəssam Demidenkodan alınıb. Nəşəriyyat rəssamla əlaqə saxlamaq istəsə də rəssam onların müraciətlərinə cavab verməyib.

Yaranan vəziyyətə görə müsəlmanlardan üzr istəyən nəşriyyat kitabın növbəti çapında səhvin aradan qaldırılacağını vurğulayan bəyanat yayıb.

Elnarə
AzNews.az