BMT-dən açıqlama - Qarşıdurmalar dərhal dayandırılmalıdır

12 Fevral 2020 11:10 (UTC+04:00)

“Silahlı qarşıdurma davam edəcəyi halda, İdlibin qəbiristanlığa çevrilmə ehtimalı var”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamenti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ötən ilin dekabr ayından bəri əsasən qadın və uşaq olmaqla, 700 min nəfər İdlibdən köç edib: “Bu, Suriyanın İdlib ərazisində yaşanmış ən böyük köç sayılır. Hazırda ən böyük köçlə qarşı-qarşıyayıq. İdlibin qəbiristanlığa çevrilməməsi üçün qarşıdurmalar dərhal dayandırılmalıdır”.

Ləman Hüseynzadə