Özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib

12 Fevral 2020 13:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, həmin şəxslər üçün üçün artıq 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədən keçən şəxslər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.