Dağlıq Qarabağda iki erməni əsgəri ölüb

12 Fevral 2020 20:11 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə yerləşdirilən iki erməni əsgəri ölüb.

AzNews.az “News.am”a istinadən xəbər verir ki, hər iki fakt fevralın 12-də qeydə alınıb.

Ölən əsgərlər 2000-ci il təvəllüdlülər - Tiqran Manevlyan və Tiqran Mxoyandır. Onlar ayrı-ayrı vaxtlarda naməlum şəraitdə aldıqları güllə yarasından ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.