Azərbaycan millisinə daha bir namizədin adı bəlli olub

13 Fevral 2020 13:11 (UTC+04:00)

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, AFFA yığmamızın “sükanı arxası”na sloveniyalı mütəxəssisi gətirə bilər.

Assosiasiya rəhbərliyinə təklif edilən məşqçilər arasında sloveniyalı Sreçko Kataneç də var. Hazırda İraq yığmasını çalışdıran 57 yaşlı mütəxəssisin ölkəmizə gəlişi istisna edilmir. İraq Futbol Federasiyası ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kataneç yenidən Avropaya qayıtmaq niyyətindədir.

Qeyd edək ki, məşqçiliyə Sloveniyanın U-21 komandasında başlayan Sreçko Kataneç karyerası ərzində Sloveniya, Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri və İraq yığmasına, eyni zamanda vətənində “Qoritsa” və Yunanıstanda “Olimpiakos” klublarına başçılıq edib.