Tıxac olmasın deyə BNA bunu da etdi

13 Fevral 2020 15:11 (UTC+04:00)

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.