“Kim istəyirsə, məntəqədə çəkiliş apara bilər” - MSK sədri

13 Fevral 2020 19:46 (UTC+04:00)

"Kim istəyirsə, məntəqədə çəkiliş apara bilər. Bunu məhdudlaşdıran heç bir qanun yoxdur".

AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

Komissiya sədri qeyd edib ki, seçki məntəqələrində müşahidəçinin hər hansı pozuntunu qeyd etmək haqqı var. Bunu qadağan etməyə DSK üzvlərinin hüququ yoxdur".