"Simurq"dan gözlənilməz qərar: 19 oyunçu qovuldu

25 May 2013 09:11 (UTC+04:00)


Bu haqda məşqçilər korpusu qərar qəbul edib.

Müqavilə müddəti başa çatan legionerlərdən Tomislav Buşiç, Mario Bojiç, Marçin Burxart, Zdravko Popoviç, David Peterjkeviç, Anderson Oliveyra, Stepan Polyak, Dilaver Zrnanoviçlə və yerlilərdən Dmitri Kramarenko, Qərib İbrahimov, Rasim Ramaldanov, Mehman Məmmədov və Qafar Qafarovla yeni anlaşma imzalanmayıb. Həmçinin, icarə əsasında ötən mövsüm komandaya qatılan Murad Səttarlı, Nicat Qurbanov, Asif Mirili, Bəxtiyar Soltanov, Rüstəm Abbasov və Eyyub Əliyev aid olduqları klublara göndərilib.

Əvəzində "Simurq" ilk rəsmi transferini həyata keçirib. Zaqatala təmsilçisi ötən mövsümü AZAL-da keçirmiş gənc futbolçu Orxan Səfiyaroğlunu heyətinə qatıb. Onunla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Simurq"u tərk edən futbolçulardan hələlik Qərib İbrahimovun AZAL-a, Rasim Ramaldanovun isə "Xəzər Lənkəran"a üz tutduğu dəqiqləşib. (lent.az)


AzNews.az