ABŞ-ın İraqdakı bazasına hücum edilib

13 Fevral 2020 22:43 (UTC+04:00)

İraqın şimalındakı hərbi baza raket hücumuna məruz qalıb.

AzNews.az xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, bazada ABŞ hərbi qulluqçuları yerləşdirilib.