Yer əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər

13 Fevral 2020 23:58 (UTC+04:00)

Çində koronavirusa yoluxanların sayı sürətlə artır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq dəhşətli xəstəlik dünyada 1300-dən artıq insanın həyatına son qoyub.

Bəzi ekspertlər virusa qarşı effektiv mübarizə aparılamayacağı halda onun Yer əhalisinin 2/3-ni əhatə edə biləcəyini yazır.

“COVİD-19 adı almış koronavirusa Yer sakinlərinin 2/3 hissəsi potensial yoluxa bilər”- deyə Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi Ayra Loncini deyir.

"COVİD-19-un yayılma sürətini izləmək mümkün deyil: tez müəyyən edən testlər yoxdu, bəzi insanlar isə xəstəlik nisbətən mülayim formada keçir".

London gigiyena və tropik tibb məktəbinin infeksiya xəstəlikləri üzrə eksperti Devid Xeyman isə virusun daha yaxşı öyrənilməli olduğunu düşünür.

Hazırda koronavirusa yoluxanların sayı 60 mini keçib, ölüm halları isə 1370-ə çatıb.