Çindən təxliyə edilən azərbaycanlıların karantin müddəti bitib

14 Fevral 2020 12:10 (UTC+04:00)

Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

AzNews.az “Yeni Şafak”a istinadən xəbər verir ki, 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.

Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi.