Mikayıl Cabbarov Şirvanda- Fotolar

25 May 2013 09:32 (UTC+04:00)



Bu dəqiqələrdə təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edir. Vətəndaşların qəbul cədvəlinə uyğun olaraq nazir Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edir. Qəbula Təhsil Nazirliyinin rəsmi saytı vasitəsi ilə 39 nəfər yazılıb. Bununla yanaşı bu gün də qəbula yazılanlar var.

Ümumilikdə, son məlumata görə, nazir 59 nəfəri qəbul edəcək. Hazırda qəbul başlayıb. Qəbulda Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və rayon təhsil şöbələrinin rəhbərləri də qatılıblar. Qəbula gələn vətəndaşları təhsil şöbələrinin rəhbərləri öz şəxsi avtomobillərində gətiriblər. Onu da deyək ki, təhsil nazirini qəbulun keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında Şirvanın icra başçısı Mərdan Camalov da qarşılayıb.

AzNews.az