Torpağımız yenə sürüşdü - Badamdardan FOTO

14 Fevral 2020 13:35 (UTC+04:00)

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Məlumata görə, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur. (Trend)

AzNews.az