Əhmədinejat İranı şoka saldı

25 May 2013 09:45 (UTC+04:00)



Urmu gölünün quruması nəticəsində Güney Azərbaycanda yaranan ekoloji problemin qarşısını almaq üçün İran prezidentinin duaları qəbul olub.

Belə ki, prezident bir müddət əvvəl gölün qurumasının qarşısını almaq üçün hansı tədbirlərin görülməsi ilə bağlı sualları cavablandırarkən ilk növbədə yağış yağdırması üçün Allaha dua etdiyini bildirmişdi.
Hamını bunun üçün dua etməyə çağıran prezidentin çıxışı etiraz və gülüşlə qarşılansa da, son bir həftə ərzində bu məntəqədə yağan güclü yağışlar göldə suyun toplanmasına səbəb olub.

İran mətbuatı bunu sevindirici xəbər kimi qədim edərək, duaların qəbul olunduğu və gölün səviyyəsində gözə çarpacaq dərəcədə artımın olduğunu vurğulayır.

Elnarə
AzNews.az