Azərbaycan Prezidenti Alessandro Profumo ilə görüşdü

14 Fevral 2020 19:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.