Qubada gənc oğlan atasını qətlə yetirdi

15 Fevral 2020 11:05 (UTC+04:00)

Quba rayonunda qətl hadisəsi baş verib.

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun Birinci Nügədi kənd sakini, 2001-ci il təvəllüdlü Mətləb Bəşarət oğlu Şükürov atası, Rusiya vətəndaşı, 1959-cu il təvəllüdlü Bəşarət Ramazan oğlu Şükürovu qətlə yetirib.

Bəşarət Şükürovun qətlinin motivi kimi ailədə kobud rəftarlı adam olması göstərilir.

Fakta bağlı araşdırma aparılır.