Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşürlər

15 Fevral 2020 18:34 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşür.

AzNews.az TASS-a istinadən xəbər verir ki, ikitərəfli görüşdə XİN başçıları Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, son 5 gündə Suriyada Rusiyanın dəstəklədiyi rejim qüvvələrinə məxsus 2 hərbi helikopter müxalifət tərəfindən vurulub.