Çindən təxliyə olunmuş azərbaycanlılar Bakıya çatdırılıb

15 Fevral 2020 18:16 (UTC+04:00)

Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

AzNews.az xəbər verir ki, vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsi ilə gəliblər.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu.