MSK 220-dən çox videonu araşdırır

15 Fevral 2020 17:11 (UTC+04:00)

Mərkəzi Seçki Komisisyasının bugünkü iclasında sosial şəbəkələrdə seçki prosesi zamanı çəkilən və pozuntu olduğu iddia edilən videogörüntülərlə bağlı müzakirə aparılıb.

AzNews.az-ın verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, təxminən 30 dairə üzrə 220-dən artıq videogörüntü əldə edilib və araşdırılır.

"Onların bəziləri sosial şəbəkələrdə paylaşılıb, bəziləri birbaşa bizə daxil olanlardır. Kifayət qədər yaxşı mütəxəssislər bu görüntüləri araşdırır", - deyə o, qeyd edib.