Şəhid hərbçimiz dəfn edilib

16 Fevral 2020 15:06 (UTC+04:00)

Fevralın 15 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn edilib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, cəbhənin Beyləqan rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu bu gün doğulduğu Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Seymur Ələsgərov ailəli olub, 9 aylıq bir oğlu var.