8 PKK terrorçusu zərərsizləşdirilib

16 Fevral 2020 17:12 (UTC+04:00)

İraqın şimalındakı Hakurkda 8 PKK terrorçusu zərərsizləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, terrorçular arasında PKK-nın hücum və təxribat bölməsinin zabiti də var.

Nazirlik terrorçuların Hakurkdakı baza bölgələrinə hücuma hazırlaşdığını qeyd edib.