Türkiyə XİN rəhbəri: “Qərbə etibar edənlər azalır”

16 Fevral 2020 19:17 (UTC+04:00)

“Qərb ölkələri qlobal siyasətə təsirlərini itirirlər, ikili standartlara görə onlara etibar edənlərin sayı azalır”.

AzNews.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Qlobal dünya sistemində Qərbin çəkisi və təsiri azalmaqdadır. Yalnız özünə bağlılıq mövcuddur, fikir birliyi yoxdur. Qərbin təsirinin azalmasının ikinci səbəbi özünün irəli sürdüyü prinsipləri - demokratiya, insan haqlarını məhv etməsidir. İslamofobiya və ikili standartlar siyasəti görünməyə başladı və buna görə də Qərb siyasətinə inam da azalır”.

Nazir qeyd edib ki, Asiya qlobal iqtisadiyyatın yarısını idarə etdiyi üçün güclənməyə doğru hərəkət edir: “Bu baxımdan Qərbin siyasətini yenidən nəzərdən keçirmək lazımdır”.