Sabiq Prezident aktiv siyasətə qayıtdı

17 Fevral 2020 12:15 (UTC+04:00)

Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili aktiv siyasətə qayıdıb.

Bu barədə G. Marqvelaşvili “Twitter”də bildirib.

“Gürcü Arzusu” avtoritarizmi seçməklə qırmızı xətti keçdi. Artıq ölkədə demokratiya, milli birlik, Qərb yolu yoxdur. Bunlara tamaşa etmək fikrim yoxdur. Aktiv siyasətə qayıdaraq dostlarım və gürcü xalqı ilə birlikdə Qərb seçim missiyamıza xidmət edəcəyəm”, - deyə G. Marqvelaşvili qeyd edib. (APA)

AzNews.az