Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb

17 Fevral 2020 12:56 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb.

AzNews.az xəbər verir ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Fevralın 25-nə planlaşdırılan səfər zamanı ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalanacaq.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.