BDU-ya yeni sözçü təyin edilib

17 Fevral 2020 13:37 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.