Seçkilərdən sonra Azərbaycanda yeni partiya yarandı

17 Fevral 2020 14:37 (UTC+04:00)

Bu gün Azərbaycanda "Turan" Partiyasının Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, toplantıda həm iqtidara, həm də müxalifətə yaxın sayılan bir çox tanınmış adlar, ziyalılar, o cümlədən 9 fevral 2020-ci ildə keçirilmiş seçkilərə qatılmış namizədlər iştirak edib.

"Turan" Partiyası Təşkilat Komitəsinin başqanı tanınmış siyasətçi Cahandar Bayoğlu seçilib.