MSK 385 videogörüntünü araşdırır

17 Fevral 2020 17:10 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır: “Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”.