Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17 Fevral 2020 19:21 (UTC+04:00)

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti 18 fevral səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

AzNews.az xəbər verir ki, buna səbəb yolda aparılan təmir işləridir.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.