Pakistanda partlayış - 7 ölü, 21 yaralı

17 Fevral 2020 20:54 (UTC+04:00)

Pakistanın Kvetta şəhərində partlayış törədilib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, hadisə terror aktıdır. İnsident nümayiş zamanı törədilib.

Təhlükəsizlik xidmətinin əməkdaşları ərazini mühasirəyə alıb və digər yaralıların xilasetmə işləri aparılır.