“Sədərək” Ticarət Mərkəzi yanır

18 Fevral 2020 08:20 (UTC+04:00)

"Sədərək" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.