“Bu fürsəti əldən buraxsaq, əfqanlar bizi heç vaxt bağışlamaz”

18 Fevral 2020 09:57 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Pakistanın paytaxtı İslamabadda “Pakistanda əfqan miqrantların mövcudluğunun 40-cı ili: Həmrəylik üçün yeni tərəfdaşlıq” adlı konfransda iştirak edib.

AzNews.az xəbər verir ki, o, konfransda Tövbə surəsindən ayə oxuyaraq miqrant haqlarına diqqət çəkib.

“Tövbə surəsində “Əgər Allaha şərik qoşanlardan biri sizdən sığınacaq istəsə, ona sığınacaq verin ki, Allahın kəlamını eşitsin. Sonra da onu təhlükəsiz olacağı yerə çatdırın' deyir. Bu ayə dindar olub-olmamağından asılı olmayaraq qaçqınlara layiq olduqları müdafiənin təmin edilməsini nəzərdə tutan 1951-ci il Qaçqınların Qanuni statusu haqqında Konvensiyadan yüz illər əvvəl deyilən dözümlülüyün diqqətəlayiq nümunəsidir”, - deyə Baş katib vurğulayıb.

A.Quterreş Suriyadakı vətəndaş müharibəsi başlamazdan əvvəl Pakistanın 20 il dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsi olduğunu bildirib.

O, qaçqınların evlərinə qayıtması üçün sülhün təmin edilməli olduğunu qeyd edib:

“Əfqanıstanda sülhün təmin edilməyi üçün çalışmaq sadəcə həmrəylik nümunəsi deyil, həm də dünyanın mənfəəti üçün çalışmaqdır”.

A. Quterreş vurğulayıb ki, Əfqanıstanda yaranan dialoq fürsətinin əldən buraxılmamalıdır.

“Bu fürsəti əldən buraxsaq, əfqanlar bizi heç vaxt bağışlamaz”, - A. Quterreş əlavə edib.

Pərvanə