Keçmiş məhkumun yeni əməli üzə çıxıb

18 Fevral 2020 13:35 (UTC+04:00)

Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.