İran mətbuatı Hacı Allahşükür Paşazadəni təhqir etdi

25 May 2013 11:42 (UTC+04:00)


İranın Arannews.ir saytında bu ölkəyə səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin səfərinə yer ayırsa da, xəbərlərin mətnində qəribəliklər özünü göstərir.

Sayt Allahşükür Paşazadənin İslam Şurası Məclisinin rəhbəri Əli Laricani ilə görüşündə dediyi "Azərbaycanda heç vaxt Quranı, ənənəvi İslamı təbliğ edənlərin problemi olmayıb. Problem ifratçılar və ifratçılıqla bağlı olub ki, bu da dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından baş verib. Gərək heç kim cızığından çıxmasın" sözlərinə şərh verib. Şərhdə şeyxi və Azərbaycan dövlətini aşağılayan ifadələr işlədilib.

Sayt bu sualların "İranın azərilər yaşayan məntəqələrinin media fəallarını düşündürən suallar" kimi təqdim edərək QMİ sədrinin adını da təhrif olunmuş formada "Allaşükür" deyərək qeyd edib. Sayt eyni zamanda vurğulayıb: "Paşazadənin İrana səfəri və onun səmimi qarşılanması Azərbaycan Respublikasının daxildə və xaricdə yaşayan islamçılarının bərk etirazı ilə qarşılanıb".

Elnarə
AzNews.az