Putin köməkçisini işdən çıxardı

18 Fevral 2020 22:29 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

AzNews.az xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

“Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”, - deyə fərmanda qeyd edilib.

Xatırladaq ki, Surkov bu vəzifəni 2003-cü ildən icra edir. Yanvarın 25-də onun tutduğu postdan getməsi haqda xəbər yayılsa da, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təkzib etmişdi.