Suriyadan qaçan terroristlər Türkiyəyə təslim oldu

19 Fevral 2020 11:30 (UTC+04:00)

Suriyadan qaçan 3 terrorist Türkiyənin sərhəd keçid məntəqələrində hərbçilərə təslim olublar.

AzNews.az xəbər verir ki, bununla bağlı Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

“Suriyanın şimalından qaçan PKK/YPG terror qruplaşmasının 3 terroristi Şanlıurfa və Mardində sərhəd keçid məntəqələrinə təslim oldu”, - nazirliyin məlumatında bildirilir.

Pərvanə