“Sumqayıt Texnologiyalar Parkı”na yeni təyinat olub

19 Fevral 2020 14:00 (UTC+04:00)

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin yeni Baş Direktorun Aparatının Rəhbəri təyin edilib.

AzNews.az-ın xəbərinə (qeyri-rəsmi) görə, yeni vəzifəyə Çinarə Əliyeva təyin edilib. Ç. Əliyeva 2018-ci ilin mayından bu günə qədər STP-nin Satış departamentinin direktoru kimi çalışırdı.

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.