MSK sədri iddialara aydınlıq gətirdi

19 Fevral 2020 17:10 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

M.Pənahov MSK-nın iclasında qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur.

Onun sözlərinə əsasən, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: “Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”. (Trend)

AzNews.az