Azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub

19 Fevral 2020 21:34 (UTC+04:00)

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

AzNews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin “Report”un Rusiya bürosuna bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.

Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.