Tramp daha bir məmuru istefaya göndərdi

19 Fevral 2020 22:11 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbərinin müavini Con Rudu istefaya göndərib.

AzNews.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb: “Mən Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Con Rud ABŞ Müdafiə nazirinin siyasi işlər üzrə müavini postunu tutub.