Miqrantların qayığı batdı, 14 nəfər öldü

19 Fevral 2020 22:28 (UTC+04:00)

Kanar adalarına gedən və qanunsuz miqrant daşıyan qayıq Qərbi Sahara sahillərində batıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın dəniz xilasetmə xidmətindən məlumat verilib. Nəticədə 14 nəfər ölüb.

Göyərtədə olan 28 sərnişindən 14-nün həyatını xilas etmək mümkün olub.