Uhanda daha 12 müvəqqəti xəstəxana açıldı

19 Fevral 2020 22:43 (UTC+04:00)

Çinin Uhan şəhərində Covid-19 virusuna yoluxanlar üçün 12 yeni müvəqqəti xəstəxana açılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bir neçə sosial müəssisə, stadion, idman kompleksləri və sərgi mərkəzləri xəstəxanaya çevrilib.

Qeyd edək ki, son məlumata görə, Çində 2004 nəfər koronavirusdan dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 74 mini ötüb.