Yaşayış binasındakı yanğın söndürülüb

19 Fevral 2020 23:21 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.