Avtoyuma məntəqəsində işləyən şəxs müştərinin maşını ilə qəza törədib - Yaralılar var

20 Fevral 2020 09:15 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.