Sabiq Baş nazir azadlığa buraxılıb

20 Fevral 2020 10:12 (UTC+04:00)

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azadlığa buraxılıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, 7 ilə yaxın həbsdə olan sabiq dövlət məmuru “Matrosov” adlanan həbsxananı tərk edib.

Onun siyasi fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, özünün bu barədə açıqlaması hələ olmayıb.

Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub.

O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub