MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

20 Fevral 2020 16:45 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi (8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. (Trend)

AzNews.az